İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək hüququ var və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin bu cür hərəkətlərin qanunsuz olması ilə bağlı bəyanatını rədd edirik.

YALAN.info bildirir ki, bu sözləri İsrailin Baş Naziri Benyamin Netanyahu deyib.

“BAEA-nın baş direktoru deyib ki, İsrailin İranın nüvə obyektlərinə hücumu qanuna ziddir. Hansı qanuna zidd? Açıqca bizi məhv etməyə çağıran İranın bizi məhv etmək üçün istifadə olunacaq dağıdıcı silahları hazırlamasına icazə varmı? Bəs elə isə özümüzü müdafiə etməyə icazə varmı? Aydındır ki, bizə bunu etməyə icazə verilib və biz bunu edəcəyik”, – o, hökumətin toplantısında deyib.

Netanyahunun sözlərinə görə, İsrail hər an İrana qarşı qəti addımlar atmağa hazırdır və heç kim Qüdsü bu qərardan çəkindirməyəcək.

Yada salaq ki, İsrail təhlükəsizlik qüvvələri İranın müdafiə obyektlərinə hücumuna mümkün cavabı müzakirə edir. İsrail təhlükəsizlik orqanları müxtəlif ssenarilərə hazırlaşır və İranın başqa ölkələrin ərazisinə zərbə endirmə ehtimalını müzakirə edir. Təl-Əviv həmçinin bu cür hücumlar zamanı mülki şəxslərin, özəlliklə də bu ölkələrdəki israilli turistlərin və diplomatların zərər görəcəyindən ehtiyat edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın