İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin “İsrail hakimiyyəti ölkədə müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatından imtina etməlidir” məsləhətini qəti şəkildə geri çevirib.

YALAN.info bildirir ki, bununla bağlı Netanyahu Twitter-də yazıb.

Onun sözlərinə görə, İsrail xaricdən, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlərə əsaslanaraq deyil, öz xalqının iradəsi əsasında qərarlar verən suveren ölkədir. Netanyahu vurğulayıb ki, o, Baydenlə şəxsi münasibətləri, ABŞ və İsrail arasındakı dostluq əlaqələrini yüksək dəyərləndirir, ancaq onun hökuməti gərək bildiyi islahatları ölkə daxilində davam etdirmək niyyətindədir.

“Mən prezident Baydeni 40 ildən artıqdır ki, tanıyıram və onun İsrailə uzunmüddətli sadiqliyini yüksək dəyərləndirirəm. İsrail və ABŞ arasındakı müttəfiqlik sarsılmazdır və hər zaman aramızda yaranan fikir ayrılıqları aradan qaldırılır. Mənim administrasiyam hökumətin üç qolu arasında həqiqi tarazlığı bərpa etməklə demokratiyanın gücləndirilməsinə sadiqdir və buna geniş konsensus vasitəsilə nail olmaq istəyirik”.

Yada salaq ki, Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında İsraildə məhkəmə islahatlarına qarşı çıxış edərək Netanyahunun bu layihədən imtina edəcəyinə ümid etdiyini bildirib.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərEvinin önündə güllələnən deputat Fazil Mustafanın durumu yaxşıdır
Sonrakı xəbərLionel Messi yığmada 100 qola çatan üçüncü futbolçu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın