Qazaxıstanın Respublikasının keçmiş prezidenti Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini indiki dövlət başçısı Kasım-Jomart Tokayevə ötürüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Elbaşının mətbuat katibi Aidos Ukibay özünün “Twitter” səhifəsində məlumat verib.

Məlumata görə, Siyası Şuranın geniş tərkibli toplantısında Nazarbayev partiyaya rəhbərliyi Tokayevə ötürməklə bağlı qərar qəbul etdiyini bildirib. O, partiyaya prezidentin rəhbərlik etməsinin önəmliyini vurğulayıb.

Ukibayın bildirib ki, səlahiyyətlərin ötürülməsi partiyanın nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın