“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na uyğun olaraq çətin qış şərtlərində məşğələlər keçirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir.

Artıq bir qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər yerinə yetirilir. Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları gücləndirilir.

Naxçıvanda yüksək dağlıq ərazidə məşğələlər keçirilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərCaliber: Rusiya Azərbaycan KİV-i bloklayır
Sonrakı xəbərKremli əsəbiləşdirən Ermənistan: Paşinyan yadda saxlamalıdır ki…
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın