Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

YALAN.info bildirir ki, APA-nın verdiyi xəbərə görə, hadisə məktəbdə tikinti işləri aparılan zaman baş verib.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib. Yaralı Əliyev Alı Həsən oğlu reanimasiyaya yerləşdirilib. Ölənlər məktəbin tikintisində çalışanlardır.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilirdi.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən verilən xəbərə görə, 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarı çöküb. Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Naxçıvanda məktəb çökdü – ÖLƏNLƏR VƏ YARALANAN VAR
KİMYetər Kərimli
MƏNBƏAPA
Öncəki xəbərUkrayna Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib
Sonrakı xəbərNATO: Rusiyanın əsas məqsədində dəyişiklik görmürük, Ukraynaya dəstək verməliyik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın