Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan Çempionatının toplam mükafat fondu 22 000 manata çatdırılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fevralın 5-də başlayacaq ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Çempionatın Naxçıvanda keçirilməsində başlıca məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Naxçıvan Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan Çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə görə 1-4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər. Azərbaycan Çempionatı fevralın 19-da sona çatacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın