NATO Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını Ukrayna sərhədləri yaxınlığında qoşun toplamağı dayandırmağa çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı UNİAN məlumat yayıb.

“Biz hadisələrin indiki inkişafından ciddi narahatlıq keçiririk, NATO durumu diqqətlə izləyir. Son həftələrdə Rusiya minlərlə döyüş qabiliyyətli hərbi personalını Ukrayna sərhədlərinə köçürdü, bu da 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra Rusiya qoşunlarının ən böyük cəmləşməsidir”, – deyə Y.Stoltenberq bildirib.

O, həmçinin son günlərdə Ukraynanın şərqində bir neçə əsgərin həlak olduğunu da vurğulayıb.

Yens Stoltenberq deyib ki, Rusiyanın qüvvələrini önəmli dərəcədə artırması əsassızdır və dərin narahatlığa səbəb olur.

“Rusiya Ukrayna sərhədinə qoşunlarını artırmağı, təxribatlarını dayandırmalı və dərhal gərginliyi azaltmalıdır”, – deyə NATO Baş katibi bildirib.

Öncəki xəbərBitcoinin qiyməti fantastik dərəcədə artdı
Sonrakı xəbərPrezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın