“NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, TASS agentliyinin verdiyi xəbərə görə, bunu Şimali Atlantika Alyansının (NATO) Baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

“Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və önəmli addım olar. Risklərin azaldılması üçün Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”, – o bildirib.

Baş katib Kremlə diplomatiya yolunu seçməyi tövsiyə edib: “Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.

Yents Stoltenberq bildirib ki, Rusiya uçurumdan geri dönməlidir: “Rusiya Ukraynaya və onun sərhədləri yaxınlığına qoşun yeridir. Bu kontingent Soyuq müharibədən bu yana ən böyük hərbi birləşmədir. Nə baş verəcəyini bilmirik. Ancaq toqquşma riski real olaraq qalır”.

Kreml NATO-nun Baş katibinə cavab verdi

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib. O, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, – o vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın