“Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək”.

YALAN.info bildirir ki, CNN-in xəbərinə görə, bunu Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacaq. Stoltenberq qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

“Müharibələr öz təbiətinə görə gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq. Ukraynalılar öz ölkələrini qorumaq üçün döyüş meydanında itki verir, lakin Rusiyada da itkilər var”, – alyansın baş katibi bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodmir Zelenski bildirib ki, Rusiya ölkənin təxminən 20 %-ni işğal edib – 2 603 yaşayış məntəqəsinin azad edilməsinə ehtiyac var.

Öncəki xəbərBP-nin regional prezidenti Harri Cons: Xəzər regionu bizim üçün çox önəmlidir
Sonrakı xəbərTürkiyə Ukraynaya yardım üçün Litvaya “Bayraktar TB2” hədiyyə edəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın