NASA 2021-ci ildə Mars roveri “Perseverance” tərəfindən çəkilmiş insanların ən çox bəyəndiyi şəkilləri bir araya toplayaraq video hazırladı.
Bildiyiniz kimi fevral ayında NASA Mars planetinə “Perseverance” adlı roverini göndərdi. Roverin missiyası Mars planetində araşdırmalar aparmaq, şəkillər çəkmək və planetin səthindən topladığı nümunələri özü ilə birlikdə Yerə gətirməkdir.
Bu yüksək inkişaf etmiş və ağıllı robot ötən bu müddət ərzində bizimlə yeni evinin qeyri-adi foto və videolarını paylaşdı. NASA izləyicilərin ən çox bəyəndiyi şəkilləri toplayaraq video hazırladı və internetdə paylaşdı.
NASA Perseverance-in rəsmi Twitter hesabında paylaşdığı videonun açıqlamasında “Mənim qaya kolleksiyasına olan həvəsim yalnız fotoqrafiya sevgimlə üst-üstə düşür. Hər həftə sevimli yeni şəkillərimi bəyəndiyiniz üçün çox sağ olun – daha çoxunu gözləyirik!” sözlərini yazıb.
My passion for rock collecting is matched only by my love of photography. Thanks for voting on your favorite new images each week – looking forward to many more to come!
— NASA's Perseverance Mars Rover (@NASAPersevere) December 22, 2021
📷 View and “like” photos: https://t.co/L6lhCNdqWq
🗓 Image of the Week gallery: https://t.co/jQbq9rXW53 pic.twitter.com/bwdGp5UxKq