İsrailin baş naziri Naftali Bennet bu gün Vyanada İranla Qərb ölkələri arasında nüvə sazişinin bərpası üzrə danışıqların yeddinci raundunun başlamasına münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Bennet İranın heç vaxt İsraili məhv etmək niyyətindən əl çəkməyəcəyini bəyan edib.

“İran bu gün Vyana danışıqlarına yalnız bir məqsədlə gələcək: Sanksiyaların demək olar ki, heç bir şey qarşılığında aradan qaldırılması. Əgər bu baş verərsə, İran nəinki nüvə proqramını davam etdirəcək, həm də onun əvəzində mükafat da alacaq”, – deyə hökumət başçısı bildirib.

“Belə bir qatil rejim mükafatlandırılmamalıdır. İran sanksiyaların ləğvinə layiq deyil. Dünyadakı müttəfiqlərimizə səslənirəm: İranın nüvə şantajına təslim olmayın”, – deyə Bennet vurğulayıb.

Öncəki xəbərTural Məmmədov: Vətən müharibəsi ərzində 2 678 kiberhücumun qarşısı alınıb
Sonrakı xəbərHüseyn Əmir Abdullahiyan sanksiyalar aradan qaldırılmadan nüvə sazişi ola bilməz dedi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın