Rusiya Müdafiə Nazirliyi (MN) Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərlə çıxış edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin toplantısında bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan Bakı ilə delimitasiya və demarkasiyanın hazırlıq mərhələsinə dair Rusiya MN-in təkliflərinə razılıq verib.

N.Paşinyan vurğulayıb ki, Rusiya MN ötən gün onun açıqlamasından sonra öz təkliflərini irəli sürüb. “Mən təsdiqləmək istərdim ki, bu təkliflər bizim üçün münasibdir”, – Ermənistan hökumət başçısı deyib.

N.Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri reallaşdırmaq üçün təfsilatları dəqiqləşdirməyi tapşırıb.

Baş nazir 2021-ci ilin may ayından sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı üç təklifin edildiyini yada salıb.

Öncəki xəbərFacebook Şuşa statusuna görə tanınmış rusiyalı hərbi ekspertin hesabını əngəllədi
Sonrakı xəbərAvropa Birliyi Ermənistan və Azərbaycanı üçtərəfli bəyanatlara hörmət etməyə çağırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın