Azərbaycanda koronavirusa (COVID-19) yoluxan insanların 81 faizə qədəri xəstəliyi yüngül simptomplarla keçirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.

N.Mustafayeva bildirib ki, həmin xəstələr evdə müalicə oluna bilirlər. O qeyd edib ki, virusu əsasən ürək-damar xəstəliyi olan, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, arterial hipertenziyası, xərçəng xəstəliyi, xroniki xəstəliyi olan insanlar ağır keçirir.

TƏBİB rəsmisi bildirib ki, bəzi insanlar həkim təyinatı olmadan antibiotiklərlə, sistem vurulması və digər dərman peraparatları ilə özlərini müalicə etməyə çalışırlar: “Lakin sonrakı dövrlərdə daha da ağırlaşmış hallarda xəstəxanalara müraciət edirlər ki, bu da çətinliklər yaradır”.

Bütün bunların yolveriməz olduğunu bildirən N.Mustafayeva panikaya yol verilməməyin önəmini vurğulayıb.

Öncəki xəbərƏƏSMN: Şəhid ailələri və sağlamlığını itirmiş döyüşçülərin sosial təminatı gücləndirilir
Sonrakı xəbərAdil Allahverdiyev: Koronavirusa qarşı spesifik dərman və vaksin yoxdur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın