Azərbaycanlı qarışıq üslublu döyüşçü (MMA) Nəriman Abbasov növbəti döyüşünü keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 27 yaşlı idmançı yüngül çəkidə Dağıstanlı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.

Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb. O, ilk raundda rəqibinə nokautla qalib gəlib.

EFC 41: Нариман Аббасов vs Шамиль Завуров

Nəriman Abbasov qələbəsini Əbdülmanaf Nurməhəmmədova həsr edib. 27 yaşlı idmançı vida döyüşünü ona qarşı keçirən Zavurova da təşəkkür edib: “Şamilə sonrakı karyerasında uğurlar arzu edirəm”.

UFC-yə keçməyə hazırlaşan Abbasov Nurməhəmmədova da üz tutub: “Həbibə demək istəyirəm ki, çemodanım hazırdır. Səni gözləyirəm”.

Zavurov isə Abbasovun ondan güclü olduğunu etiraf edib: “Təəssüf ki, vida döyüşümdə uduzdum. Bu gün Nəriman məndən güclü idi. O, əsl çempiondur. Layiqli qələbə qazandı”.

Nurməhəmmədov yeznəsi Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Qeyd edək ki, Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə 11 döyüşdür uduzmur. O, indi yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib.

Öncəki xəbərAB-nin xüsusi nümayəndəsi: 30 illik işğal Ağdamda dərin izlər buraxıb
Sonrakı xəbərŞuşada ilk dəfə 18 Sentyabr – Milli Musiqi Günü keçirilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın