“Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.

YALAN.info bildirir ki, klubun rəsmi saytındakı xəbərə görə, görüş zamanı rusiyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı uğurlar nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

“Sabah” futbol klubunun keçmiş baş məşqçisi Murad Musayev ölkənin mətbuatına açıqlamasında Bakı klubundakı postundan istefa verməsinin səbəbinə aydınlıq gətirib: “Sabah” son iki mövsümdə yetərincə parlaq oyun və yaxşı nəticələr göstərirdi. Komandanın çox qələbələri olub. İndi isə biz həmin oyunu, hər qarşılaşmaya çıxdığımız ehtirası itirmişik. Mən hesab etdim ki, dəyişiklik klubun və mənim xeyrimə olacaq. Bu çempionatda komanda 3-cü yerdən cəmi 5 xal geri qalır. Avrokuboklara düşmək, mövsümü yaxşı bitirmək üçün hər cür əsas var. Bu, çətin qərar idi. Ancaq faydalı olacağını hesab etdim”.

Yada salaq ki, Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışdırıb. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Onu da bildirək ki, 2021-ci ilin oktyabrın 30-dan “Sabah”ı çalışdıran Musayev “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən iki gün sonra istefa verib. Ağdamlılar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Bununla da “Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.

Sabah 1:7 Qarabağ | Azərbaycan kuboku, 1/4 final | İCMAL

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın