Tanınmış Azərbaycanlı müğənni və şoumen Murad Arif yeni mahnısı ilə Ukraynalıları qarşısında kim olursa olsun, heç zaman döyüşmədən təslim olmamağa səslədi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Murad Arif Ukrayna dilində “Döyüşsüz” [Без бою] adlı mahnını Xocalı Soyqırımının 30-cu ildönümü günündə öz YouTube kanalından yayımlayıb.

O, açıqlama bölümündə yazır ki, mən sənət adamıyam və bütün ağrılarımı, həmrəyliyimi yaradıcılıqla ifadə edə bilirəm: “Bu gün Azərbaycan üçün qanlı gündür. 30 il əvvəl nə mobil telefonlar, nə internet, nə Qərbdən dəstək, nə də fəlakət zonasından canlı yayımlar xalqımın öldüyünü göstərirdi.

MDB-nin 366-cı motoatıcı alayının hərbçiləri erməni dəstələri ilə birlikdə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi hələ də bilinmir.

Bu gün isə insanı incidir ki, hətta sivil dünyada belə dinc sakinlər əziyyət çəkirlər… Hə, mən düşünürəm ki, insanlar şərlə mübarizə aparmalıdırlar. Qoy silahınız mərhəmət və sevgi olsun. Təslim olmayın”.

Murad Arif – Без бою 🇺🇦

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın