İndi Rusiya Ordusunun mühasirəyə aldığı Ukraynanın Mariupol şəhərində artıq 1300 nəfər mülki şəxs həlak olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat verib.

Andryuşenkonun sözlərinə görə, martın 9-na keçən gecə Primorsk rayonunun Çeryomuşki rayonuna və Port Siti bölgəsinə mərmi atılıb.

“Bundan başqa, Rusiya qoşunları hava bombardmanlarından fəal şəkildə istifadə etməyə başlayıblar. Onların şəhərin tamamilə məhv edilməsi məqsədi artıq heç kəs üçün sirr deyil”, – mer müşaviri sözlərinə artırıb.

Rusiya Ordusu axşam saatlarında Mariupoldakı doğum evinə artilleriya zərbəsi endirib. Bununla bağlı Ukrayna Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin öz “Facebook” səhifəsində məlumat verib. Zərbə nəticəsində iki saylı doğum evi tamamilə dağıdılıb. Bundan başqa, Mariupol Şəhər Şurasının mətbuat xidməti rusiyalı hərbçilərin uşaq xəstəxanasına da bir neçə bomba atdığını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın