Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub, burada xidmət edən hərbi qulluqçularının sosial-məişət şəraiti ilə maraqlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti azad olunan rayonlarda yeni tikilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və başqa hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.

Müdafiə nazirinə məruzə olunub ki, dövlət sərhədində 3400 metrədək hündürlükdə, o cümlədən Kəlbəcər və Laçın rayonlarının digər sahələrində yerləşən döyüş mövqelərində tikilən konteynerlərdən ibarət modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar və günəş panelləri quraşdırılıb.

Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Mövqelər texniki müşahidə avadanlıqları ilə təchiz olunub.

Komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyən general-polkovnik Z.Həsənov döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.

Müdafiə naziri hərbi qulluqçular üçün yaradılan şəraiti və onların mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib

Azad olunan rayonlarda yeni tikilən hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunan komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Mərkəzi istilik sistemi quraşdırılan bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Həmçinin, ətrafda abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.

Azad olunan rayonlarda hərbi hissələri isti çörəklə təmin edən çörək bişirmə sexi, şəxsi heyətin qidalanması üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx və yeməkxanalar da istifadəyə verilib.

Təlim-məşq tapşırıqlarının icrası üçün yeni inşa edilən poliqonun infrastrukturu ilə tanış olan nazirə məlumat verilib ki, burada hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcəkdir.

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə nazirinə məruzə olunub ki, hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin və inzibati binaların tikintisinin ən qısa müddətdə yekunlaşması və hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Nazir inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib

Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.

Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub.


Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.

Qeyd olunub ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib.

Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün  hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə Müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir.

Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim  yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb

Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib

General-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.

Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Qeyd olunub ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.

Təliminin planına uyğun olaraq bölmələr “Həyacan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə uyğun tapşırıqlar verib.

Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın