Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyətinin Kəlbəcər və Laçındakı döyüş bölmələrinə səfəri davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Müdafiə Nazirliyinin məlumatına görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması yönündə görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonlarında yerləşən əsaslı təmir olunmuş döyüş bölmələrinə baxış keçirib. Öncə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb.

Məruzə olunub ki, döyüş bölməsində şəxsi heyətin xidməti üçün bütün gərəkli şərait yaradılıb. Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonunda dislokasiya olunan başqa döyüş bölmələrinə də baş çəkib.

Bildirilib ki, döyüş bölmələri çağdaş avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması üçün silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, yeyinti və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin aramsız elektrik enerjisi ilə təmin olunması üçün generatorlar quraşdırılıb.

Müdafiə naziri şəxsi heyətlə görüşərək Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın başçılığı ilə qazanılan zəfərin tarixi önəmini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.

Sonda Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün uyğun tapşırıqlar verib.

Müdafiə naziri Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə döyüş bölməsində də olublar.

Bildirilib ki, tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı uyğun tapşırıqlar verib.

Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə tikintisi davam edən hərbi hissələrdə olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın