Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir.

Bununla bağlı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın işğal olunmuş ərazilərində durumun kəskinləşməsinə münasibət bildirərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı hərbi toqquşmalar bölgədə xalqların dincliyinə və rifahına biganə olmayanların hamısını rahatsız edir. Bu səbəbdən bölgədə durumun gərginləşməsini və insan tələfatını böyük ağrı ilə izləyir.

“Mənim mövqeyim aydındır, ərazi bütövlüyü prisipinə əsaslanır. Buna görə Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək”, – deyə o vurğulayıb.

Gürcüstanın keçmiş prezidenti bildirib ki, yurd-yuvalarından çıxarılan hər bir şəxsin evlərinə qayıtma hüququ var.

“Gürcüstan üç Qafqaz dövlətinin dost münasibətlərində maraqlıdır”, – deyə M.Saakaşvili vurğulayıb.

Öncəki xəbərDünyada Koronavirusdan (COVID-19) bir milyondan çox insan öldü
Sonrakı xəbərQara Qarayev: Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın