Gürcüstan Respublikasının keçmiş prezident Mixail Saakaşvili Qori hərbi hospitalından Rustavi şəhərindəki türməyə qaytarılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri onun vəkili Nika Qvaramiya deyib.

Qeyd edək ki, aclıq aksiyasından sonra Saakaşvili müalicə olunması üçün Qori hospitalına köçürülmüşdü. İndi onun səhhəti yaxşı olmasa da, Penitensiar Xidmət Saakaşvilinin artıq müalicə olunduğu və həbsxanaya geri qaytarılacağını açıqlamışdı.

Türmənin önünə Mişanın tərəfdarları da toplanıb.

Ədliyyə Nazirliyi hələlik Saakaşvilinin türməyə qaytarıldığını rəsmən açıqlamayıb.

“Bu adamlar konkret tapşırıqlar alıblar ki, Saakaşvili Yeni ili həbsxanada keçirməlidir və onu da yerinə yetirirlər”, – Vahid Milli Hərəkat Partiyasından deputat olan Xevan Xabeişvili jurnalistlərə açıqlamasında belə deyib.

İndi Saakaşvilinin gətirildiyi həbsxananın ərazisinə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları, su püskürdən maşınlar gətirilib.

Vahid Milli Hərəkatdan olan başqa deputat – Eka Xerxeulidze də bildirib ki, Saakaşvili zor gücünə həbsxanaya gətirlib. Rustaviyə aparan bütün yollar xüsusi təyinatlılarla doludur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın