Gürcüstan Respublikasının keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, yaxın həftələrdə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi olmayacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Gürcüstanın eks-prezidenti öz Facebook səhifəsində paylaşım edib.

Onun fikrincə Qərbin düzgün reaksiyası ilə gələcəkdə baş verə biləcək genişmiqyaslı müharibənin qarşısını almaq olar: “Rusiyanın Ukrayna ilə bağlı indiyə qədər baş verənlər Qərbin və Ukraynanın özünün təhlükə haqqında kəşfiyyata reaksiyasıdır. Mən Putinin yaxın vaxtda genişmiqyaslı hücumunu gözləmirəm. Əgər Qərb düzgün reaksiya göstərməyə davam edərsə, biz genişmiqyaslı müharibə təhlükəsindən qaça biləcəyik”.

Keçmiş dövlət başçısı Ukrayna prezidenti Vladimir Zelenskinin tamamilə haqlı olduğunu və indiki zamanda panikaya düşməyin gərəksizliyini vurğulayıb. O, bildirib ki, Ukraynanın indi tarixdə heç vaxt olmadığı qədər beynəlxalq dəstəyi var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın