Mini-futbol üzrə Azərbaycan Milli Komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa Çempionatının (EMF EURO 2022) yarımfinalına yüksəlib.

YALAN.info bildirir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda meydan sahibləri Slovakiya yığmasını minimal hesabla məğlubiyyətə uğradıb – 1:0.

Oyunda yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Növbəti mərhələdə Azərbaycan millisinin rəqibi Qazaxıstan olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Onu da bildirək ki, Azərbaycan Mini-Futbol Assosiasiyasının (AMFA) “Azfar Group” şirkəti tərəfindən 2017-ci ilin dekabrında təsis olunmuşdur. Həvəskar futbola peşəkar yanaşma konsepsiyası ilə çalışan şirkət ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və mini-futbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədini daşıyır.

EMF EURO 2022: Slovakia-Azerbaijan 0-1 Highlights

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın