“Acınacaqlı da olsa, ATƏT-in Minsk qrupu artıq ölüb. Halbuki doğurdan da, faydalı platforma ola bilərdi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər birində nüfuzlu erməni diasporunun olduğunu da unutmamaq gərəkdir. Bütün bunlardan sonra ABŞ və Fransadan olan həmsədrlərin Bakıya gəlməsi mənim üçün qəribədir.

Prezident Əliyev də tam haqlı olaraq onlardan burada nə işləri var deyə soruşdu. Bundan sonra onların hansısa konstruktiv fəaliyyət göstərəcəklərini gözləmirəm”, – amerikalı diplomat vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın