ABŞ-ın “Meta” şirkətinin Nyu-York Fond Birjasındakı kotirovkaları çərşənbə günü hərrac bitdikdən sonra 22 % ucuzlaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, azalma zəif artım proqnozları və aşağı xalis gəlirin yer aldığı rüblük hesabatların yayımlanmasındən sonra baş verib.

Ticarət platformasının məlumatına görə, hərrac sessiyasının bitməsindən bir saat yarım sonra şirkətin NASDAQ elektron birjasında kotirovkaları 22,35 % ucuzlaşıb.

Gəlirdə 20 % artıma baxmayaraq, 2021-ci ilin dördüncü rübündə xalis gəlir şirkətin hələ də “Facebook” adını daşıdığı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8 % azalıb. Bundan başqa, şirkət investorlara xəbərdarlıq edib ki, “Meta”nın birinci rübdə artımına başqa sosial şəbəkələrdən yeni aktiv istifadəçilər uğrunda güclü rəqabət də təsir göstərəcək.

Şirkət növbəti rübdə gəlir artımının 3 %-dən 11 %-ə qədər olacağını proqnozlaşdırır. “Meta” həmçinin bu il önəmli dərəcədə daha çox xərcləyəcəyini, yəni bir il öncəki 71,17 milyard dollardan 95 milyard dollara çatdıracağını gözləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın