Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) uyğun yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – 4-cü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, uçuşdan öncə sıra düzülüşü olub. Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə uyğun təlimatlar verilib.

Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir. Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınların söndürülməsinə başlanılacaq.

FHN-nin növbəti qrupu Türkiyəyə yollandı – Baku TV
Öncəki xəbər“Brilyant oğlan” rəqəbli Rafael Ağayev Tokio-2020 Yay Olimpiadasında gümüş medal qazandı
Sonrakı xəbərMüdafiə naziri Zakir Həsənov Kəlbəcərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın