“Kreml gözləyir ki, Qərb dövlətləri yorulsunlar, daha Ukraynaya silah göndərməsinlər və beləliklə Ukraynanı işğal etmək asan olsun”.

YALAN.info bildirir ki, bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.

“Bu, Rusiyanın gözləntiləri və onun müasir müharibə dərsliklərinin bir hissəsidir – onlar həmişə Qərb ölkələrinin diqqətinin yayınacağını gözləyirlər. Mən inanıram ki, müharibənin ilk mərhələsində Qərb ölkələrinin sanksiyalar, hərbi yardımlar, Ukraynaya siyasi dəstək ətrafında birliyi Vladimir Putin üçün gözlənilməz oldu. Bu, fantastik idi, ancaq təəccüblü də deyildi”, – deyə xanım diplomat bildirib.

M.Simmons qeyd edib ki, müharibədəki durumla bağlı artıq yorğunluq yığılmağa başlayıb: “Yorğunluq varmı, ya da o gözlənilirmi? Artıq müəyyən dərəcədə medianın yorğunluğunu duya bilərsiniz və bu, olduqca təbiidir. Bilirsiniz ki, II Elizabetin taxt-taca çıxmasının 70-ci ildönümü Britaniyada əsas xəbər idi. Ancaq Ukrayna da, əlbəttə, hələ də diqqət mərkəzindədir. Mən hesab edirəm ki, bu ilin soyuq aylarında sizi daha ciddi çağırışlar gözləyir. Çox şey beynəlxalq ictimaiyyətin hansı qərarlar qəbul edəcəyindən, Rusiyanın enerjidaşıyıcılarından asılılığını nə dərəcədə azalda biləcəyindən asılı olacaq”.

Melinda Simmonsun sözlərinə görə, Britaniyanın Ukraynaya bu müharibəni necə bitirəcəyini söyləməyə haqqı yoxdur. Budan başqa Böyük Britaniya bu məsələnin yetərincə aktiv müzakirələrə səbəb olmasına baxmayaraq, Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyə hazırdır: “Böyük Britaniyanın Ukraynaya verdiyi hərbi dəstək ölkənin özünü müdafiə edə bilməsi üçün verilir. Məsələn, 2022-ci il iyunun 6-da Ukraynanın özünü müdafiə edə bilməsi üçün Ukraynaya yardım istəyinə cavab olaraq ona verilən uzaqmənzilli raket sistemləri ilə bağlı bəyanat yayılıb, – deyə səfir bildirib.

Xanım Simmons Ukraynada müharibənin mümkün qədər tez başa çatmalı olduğunu vurğulayıb: “Təbii ki, hər kəs müharibənin tez bitməsini istəyər. Müharibənin tez bitməsini istəyirəm. Mariupolda övladlarını itirmiş valideynlərlə görüşdüm və bu dözülməzdir. Əlbəttə ki, müharibə tezliklə başa çatmalıdır”. Eyni zamanda, Ukraynanın işğalçıya güzəştə getməli olub-olmaması barədə danışan səfir qeyd edib ki, bu məsələni yalnız Ukrayna həll edəcək və heç kimin ona bu müharibəni necə bitirməyini deməyə haqqı yoxdur.

Onu da bildirək ki, Melinda Simmons 29 aprel 2022-ci ildə Ukraynanın paytaxtında səfirliyin işinin bərpası ilə əlaqədar Kiyevə qayıdıb. Mayın 11-də Böyük Britaniya səfiri Simmons İrpinə səfər etmişdir.

KİMYelena Kovalenko
MƏNBƏUNIAN
Öncəki xəbərUkrayna Prezident Ofisi: Hər gün cəbhədə 100-200 hərbçi həlak olur
Sonrakı xəbərQuru Qoşunlarının Komando bölmələrində taktiki-xüsusi təlimlər keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın