Rusiya Ukraynada xarici hərbi bazalar yaradılacağı halda onlara mütləq zərbələr endirəcək.

YALAN.info bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş Prezidenti Dmitri Medvedev öz “Telegram” hesabında yazıb.

O bildirib ki, Avropa Birliyinin (AB) Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannaməsi Kiyevə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi, həmçinin Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamağa imkan verir. D.Medvedev yazıb ki, Rusiya Ukraynada ehtimal edilən xarici hərbi bazanın yaradılmasına cavab verəcək.

Onu da bildirək ki, D.Medvedev daha öncə nüvə silahının tətbiqi barədə Qərb ölkələrinə xəbərdarlıq etmişdi.

Yada salaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha öncə bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın