MediaTek şirkəti Dimensity 9000 adlı yeni flaqman prosessorunu təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yüksək səviyyəli performansdan əlavə olaraq sözügedən prosessor yeni naqilsiz şəbəkə standartlarının, 320 MP-ə kimi kamera obyektivlərinin və geniş qrafik imkanların dəstəklərini əldə edib.

MediaTek Dimensity 9000 prosessoru Arm v9 mikroarxitekturasının bazası əsasında hazırlanıb və o, dünyanın ilk 4 nanometrlik prosessorudur. Bu prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal edilib. Beləliklə Dimensity 9000 modeli özündə 3.05 GHz tezlikdə çalşan 1 ədəd yüksək performanslı Cortex-X2 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 enerji effektivliyi nüvəsini birləşdirir.

MediaTek Dimensity 9000 prosessoru

Prosessorun qrafik özəlliklərindən 10 nüvəli Arm Mali-G710 qrafik çipi cavabdehdir. Bundan başqa prosessorun qrafik çipi süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş 6 ədəd ayrıca nüvəyə sahibdir. API Vulkan əsasında olan mobil oyunlar və başqa uyğulamalar üçün ray tracing texnologiyasının dəstəyi var.

Onu da qeyd etmək lazımdır ki, MediaTek-in yeni prosessoru bazarda 320 MP-lik kameralar ilə yeni Bluetooth 5.3 standartının dəstəyi olan ilk prosessordur. Prosessora həmçinin 3GPP Release 16 texniki özəlliklərinin dəstəyinə sahib 5G modem inteqrasiya edilib. Dimensity 9000 prosessorunda Wi-Fi 6E standartının dəstəyi də reallaşdırılıb. Prosessorun daha bir özəlliyi ondan ibarətdir ki, o, LPDDR5X standartlı RAM yaddaşlarını dəstəkləyir.

Analitiklərin fikirlərinə görə, MediaTek Dimensity 9000 modeli Qualcomm-un yaxın zamanda təqdim edəcəyi flaqman prosessor ilə rəqabət apara biləcək. Dimensity 9000-ə gəldikdə isə ona sahib ilk smartfonlar 2022-ci ilin birinci rübündə təqdim olunacaqlar.

MediaTek Dimensity 900 – Exceptional cameras, performance and battery-life you need for every day

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın