Fransa mərkəzləşdirilmiş dövlət və polisin, ədliyyənin gücü ilə idarə olunur. Korsika vətəndaşları uzun illərdir ki, idarəçilik tələblərini irəli sürürlər. Korsika müstəqillik deyil, muxtariyyət istəyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Bastia şəhər sakini Marsel Lömonye deyib.

M.Lömonye Korsikanın desantralizasiya idarəçiliyi istədiyini diqqətə çatdırıb: “Fransa hökuməti üzərinə düşən işi görmək istəmir. Bizim səsimizi eşitmək istəmirlər. Son günlər adada baş vermiş iğtişaşlardan sonra Prezident Emmanul Makron muxtariyyət məsələsinin müzakirə edilməsi ehtimalını qeyd edib. Ölkənin daxili işlər naziri Jerald Darmanen də muxtariyyət məsələsinin müzakirə olunacağına vəd verib”.

Bastia sakini məsələ ilə bağlı hər hansı fikir yürütməyin erkən olduğunu qeyd edərək, zamana ehtiyac olduğunu bildirib.

KİMŞəhla Ağalarova
MƏNBƏAzərbaycan Dövlət İnformasiya Agentliyi
Öncəki xəbərÇin Ukraynaya 1,5 milyon dollardan çox humanitar yardım ayırır
Sonrakı xəbərNigeriyada kəndə silahlı hücum: 37 nəfər öldürüldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın