“Facebook” şirkətin adını Meta olaraq dəyişdirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu şirkətin rəhbəri Mark Zukerberq (Mark Zukerberq) elan edib.

“Facebook” “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün adını dəyişdirir”, – Zukerberq deyib.

Qurucunun 2021-ci il məktubu kimi adlandırdığı paylaşımda Mark bildirir ki, şirkət artıq yeni eranın başlanğıcındadır.

Onun görə yazdığına görə, yeni texnologiyalar son onilliklərdə insanlara daha təbii əlaqə qurmaq və özümüzü ifadə etmək gücü verib:

“Mən Facebook-u quranda biz daha çox saytlarda yazı yazırdıq. Kameralı telefonlar yarandıqca internet daha vizual və mobil oldu. Əlaqə qurmaq sürətləndikcə video məlumat paylaşımı üçün daha geniş bir üsula çevrildi. Biz masa üstü kompüterdən mobil internetə keçdik; mətndən fotoşəkillərə, videoya qədər qədər yol gəldik. Ancaq bu hələ yolun sonu deyil”.

Mark qeyd edir ki, “metakainat” şəhər mərkəzindən uzaqda yaşamaq və işləmək istəyən yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil, ya da istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək:

“Fərqli yanaşmayla çalışdıq. Biz xidmətlərimizin mümkün qədər çox insan üçün əlçatan olmasını istəyirik ki, bu da onların daha çox deyil, daha az xərcləməsi üçün çalışmaq deməkdir. Mobil proqramlarımız pulsuzdur. Reklam modelimiz bizneslərə ən aşağı qiymətləri təqdim etmək üçün nəzərdə tutulub. Ticarət alətlərimiz ödənişsiz, ya da cüzi ödənişlərlə çalışır. Nəticədə milyardlarla insan xidmətlərimizi sevir və yüz milyonlarla müəssisə alətlərimizə güvənir”.

Onun sözlərinə görə, bu bir yataqxana otağından başlayan və təsəvvür etdiyimiz hər şeydən kənara çıxan bir hekayədir. Bundan sonra Facebook yox, ən öndə olacaq Meta insanların bir-biri ilə əlaqə saxlamaq, öz səslərini tapmaq və dünyanı dəyişdirən biznes, toplum və hərəkatlara başlamaq üçün istifadə etdiyi proqramlar ailəsinə çevriləcək.

Meta
Meta

Yada salaq ki, Facebook sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zukerberq tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin “Rekordlar” kitabına da düşüb.

Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. İndi yeni adı ilə Meta adlandırılan şirkət Facebook Messencer, WhatsApp və Instagram platformalarının da sahibidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın