Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (BMT TŞ) 76-cı sessiyasının nümayəndələri Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı BMT TŞ-nin yeni qeyri-daimi üzvləri seçiblər.

YALAN.info bildirir ki, bu ölkələrin nümayəndələri 2023-2024-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının işində iştirak edəcəklər.

Yada salaq ki, Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və onların veto hüququ vardır. Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Bunlardan da beşi hər il dəyişdirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın