Noyabrın 9-dan 10-na keçən gecə Qarabağla bağlı imzalanan bəyanat Ermənistanda gözlənilən qarşıdurmalara gətirib çıxardı. Ermənilər anlaşmaya qarşı etiraz edirlər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tanınmış rusiyalı jurnalist və ictimai xadimi Maksim Şevçenko Media.Az-a müsahibəsində vurğulayıb ki, siyasi anlamda hər şey yeni başlayır:

“Ancaq müharibə bitib. Artıq aydındır ki, İrəvanda hakimiyyətə qisas üçün çalışacaq güclər gələ bilər. İndi Ermənistanda sakit şəkildə: “Bitdi! Gəlin bu qırğına son verək, danışıqlar aparmalıyıq”, – deyə biləcək bir siyasi güc yoxdur. Paşinyan tərəfdarlarına qarşı divan və sair gözləmək olar”.

– Simvolik bir sual verəcəyəm: müharibəni bitirməklə bağlı imzalanan bəyanata Azərbaycan və Ermənistanda reaksiyalar çox fərqlidir. Niyə belədir?

– Burada təəccüblü bir şey yoxdur. Bu, Qarabağın işğalı, müstəmləkə edilməsi, ora başqa bölgələrdən gətirilən ermənilər tərəfindən məskunlaşdırılması və sonda “Böyük Ermənistan” qurulması fikrinə söykənən ermənilərin məğlubiyyətidir.

Qarabağı Cənubi Qafqazda ya Fransa, ya Argentina, ya da ABŞ-ın forpostuna çevirmək istəyirdilər. Ancaq baş verməyənləri və forpost olmaq hüququ üçün hansı qruplaşmaların mübarizə apardıqlarını özləri araşdırsınlar.

Bir daha vurğulayım ki, bu, ən ağır məğlubiyyətdir. İrəvanda isə sülh qəbul edilmir. İstəyirəm ki, azərbaycanlıların uğurdan başları fırlanmasın. Hə, Azərbaycanın qələbəsi qeyd-şərtsizdir. Ancaq başgicəllənmə olmamalıdır. İndi başa düşmək gərəkdir ki, Rusiyanın daxil olduğu böyük oyun başlayır. Bu, həm Gürcüstan, həm də Azərbaycan uğrunda oyundur. O da aydındır ki, Bakı Moskva ilə yaxşı münasibətlər saxlamalıdır.

Azərbaycanı bəzi yeni münaqişələrə cəlb etmək cəhdlərinin olacağını istisna etmirəm. Bəlkə də, təxribat və terror təhdidləri olacaq. Terrora arxalanan erməni qruplaşmalarının olduğunu bilirik.

İndi qələbə sevincinə baxmayaraq, soyuq başla bütün riskləri diqqətlə təhlil etməli və dəyərləndirməliyik. Bu, dünyanın taleyi həll olunduğu 1945-ci il “Potsdam müqaviləsi”nə bənzəyir və mən şişirtmirəm (Potsdam Konfransında qalib gələn güclər Almaniyanın yeni bir siyasi və ərazi quruluşu, silahsızlaşdırılması, təzminatlar və alman müharibə cinayətkarlarının taleyi ilə bağlı qərarlar qəbul etdi).

– Bir çox mütəxəssis Qarabağ Müharibəsindən və nəticələrini müəyyənləşdirəndən sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ola biləcəyini söyləyir.

– KTMT-yə gəldikdə, düşünürəm ki, bunlar fantaziyalardır. Bu, Azərbaycanın nəyinə gərəkdir? Həm Azərbaycan, həm də Ermənistan eyni zamanda KTMT-də olacaq? Bakı indi işğaldan azad edilmiş ərazilərinin bərpasına başlayacaq.

Əgər gəlcəkdə Azərbaycan KTMT-yə daxil olacaqsa, niyə, məsələn, bunu Türkiyə də etməsin? (gülümsəyir)

AİB isə başqa məsələ. Azəraycanın Qoşulmama Hərəkatına üzv olması buna heç bir maneə törətmir. Və Zəngəzurdan Naxçıvana gedən dəhlizi xatırlaya bilərik, hansı ki, elan olunub. Bütün bunlar kooperasiya tələb edəcək. Böyük imkanlar açılır.

– Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli sazişi Ermənistanda denonsasiya etmək cəhdləri barədə nə düşünürsünüz?

– Yenə deyəcəm: Azərbaycanda eyforiya olmamalıdır. İndi Ermənistanda hakimiyyətə yalnız qisasçılar və faşistlər gələ bilər. Bu ölkədə heç bir siyasi güc Azərbaycanla barışıqdan danışa bilməz.

Hər kəs yenidən silahlanma, intiqam almaq barədə danışacaq, ancaq bu, Rusiyanın buna imkan verəcəyi demək deyil. İndi Ermənistanda hakimiyyətə gələ bilən hər kəs bu, ya da başqa şəkildə Moskvadan idarə olunacaq, buna əminəm. Ancaq eyni şəkildə durum olduqca təhlükəlidir.

Sülh anlaşmasına gəlincə, bu, minlərlə erməni əsgərini xilas etdi. Şuşa götürüldükdən sonra onların ocağa düşdükləri bilindi. Müharibənin davam etməsi onların aclıqdan, soyuqdan, ya da döyüşdən əzablı ölümlərinə səbəb olardı.

Ancaq bir daha vurğulayacağam: hər şeyin bitdiyini düşünmürəm. Sərhədin digər tərəfində – dəlixanadır. Dəlilərlə qonşuluq isə həmişə gözlənilməz nəticələr gətirir.

– Türkiyənin roludan soruşmaya bilmərəm. Moskva və Ankara ortaq dil tapdılar?

– Sizi əmin edirəm, onlar çoxdan ortaq dil tapıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın