Rusiya Ədliyyə Nazirliyi teleaparıcı və yumorist Maksim Qalkini xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə salınıb.

YALAN.info bildirir ki, bununla bağlı qurumun saytında məlumat verilib.

Nazirliyin məlumatına görə, Qalkin Ukraynadan maliyyə alaraq siyasi çalışmalarla məşğul olur. Sənətçi indi xaricdə yaşayır.

Onu da bildirək ki, Maksim Qalkin Rusiyanın Ukraynaya hücumu başlayanda ölkəsini tənqid etmişdi. Daha sonra Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova da övladları ilə İsrailə köçmüşdü.

M.Qalkin rus əsgərlərinin Buçada törətdiyi hərbi cinayətlərlə bağlı bildirmişdi ki, baş verənlərə bəraət qazandırmaq olmaz. Bundan sonra o, Rusiyanın Birinci Kanalında uzaqlaşdırılmış, onunla bağlanan reklam müqavilələri ləğv edilmişdi.

Öncəki xəbərSəmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib
Sonrakı xəbərSon döyüşlərdə Azərbaycan Ordusu 79 hərbçi şəhid verib, 282 hərbçi və 2 mülki vətəndaş yaralanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın