“Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına keçidi barədə danışarkən deyib.

25 yaşlı hücumçu bildirib ki, müntəzəm Xorvatiya çempionluğu qazanan və özəlliklə, son illər avrokuboklarda yüksək keyfiyyət sərgiləyən klub ötən mövsümlərdə bir çox önəmli və tarixi uğura imza atıb.

Onun fikrincə, “Dinamo”ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar: “Bu, doğurdan da keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və “Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram”.

Emrelinin sözlərinə görə, “Dinamo” bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmi var. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm”.

Bildirək ki, Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli “Dinamo” ilə 4,5 illik sözləşməyə imza atıb. Azərbaycanlı hücumçu yeni klubunda “Qarabağ” və “Legiya”da olduğu kimi 11 nömrəli forma ilə çıxış edəcək.

Onu da bildirək ki, Zaqreb “Dinamo”su Xorvatiyanın ən titullu klubu sayılır. “Göylər” 22 dəfə ölkə çempionu olub, 16 dəfə kubokunu qazanıblar. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin kemiş klubu Polşa “Legiya”sını iki oyunun sonunda üstələməyi bacarıb – 1:1, 1:0. Ancaq pley-off mərhələsində Moldova “Şerif”i “Dinamo”nu 3:0, 0:0 hesablları ilə yenib.

Nəticədə Xorvatiya klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan kollektiv 1/8 finalda İspaniya “Sevilya”sına rəqib olub. “Dinamo” ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

PRVA MOMČAD | Novo pojačanje u redovima hrvatskog prvaka 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın