UEFA Avropa Liqasının pley-off mərhələsində “Slavia” ilə oyun öncəsi Azərbaycanlı futbolçu Mahir Emrelinin də oynadığı “Legiya” klubunun mətbuat konfransı keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, jurnalistlərin suallarını cavablandıran Mahir Emreli 2:2 hesabı ilə başa çatan ilk oyunda qol vurandan sonra zədəli komanda yoldaşı Tomas Pekhart ilə görüşüb, qolu ona həsr etməsindən danışıb:

“Yox, bunu öncədən planlaşdırmamışdım. Sadəcə qol vurdum və ona doğru qaçıb, birgə qeyd etmək istədim. Düzdür, oyun önəmlidir, ancaq Pekhart üçün daha önəmlidir. Keçmiş komandana qarşı start heyətdə oynamağın önəmini anlayıram. “Legiya” “Qarabağ”a qarşı oynasa, mən də istərdim ki, start “11-lik”də meydana çıxım. Qoldan sonrakı epizoda gəlincə, sadəcə onunla birlikdə qeyd etmək istədim”.

24 yaşlı hücumçu bir neçə oyun qol vura bilməməsindən danışıb: “Düzdür, hücumçu qol vurmalıdır. Ancaq bu mənim üçün heç vaxt önəmli olmayıb, əsas qalib gəlməkdir. Hücumçu təkcə qol vurmalı deyil, həmçinin komandasının oyunu üçün əlindən gələni etməlidir”.

Polşa liqasının səviyyəsi barədə Emreli bu cür cavab verib: “Çempionatın səviyyəsi, rəqabət daha yaxşıdır. Çünki Azərbaycan çempionatında yalnız 2, ya da 1 komanda çempionluq uğrunda savaşır. Burada bütün komandaların şansı var. Ona görə mövsümün sonunda kimin çempion olacağını demək çətindir”.

Öncəki xəbərQadın güləşçimiz Mariya Stadnik: Hamı bilir ki, mən azərbaycanlıyam
Sonrakı xəbərAzərbaycan sülhməramlıları Əfqanıstan İslam Respublikasından çıxarıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın