“2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni “hə­rəkətverici qüvvələr”in tapılması, özəl və xarici investisiyaların payı­nın artırılması, regionların iş qüv­vəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırıl­masına nail olunacaq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, indi Baş nazirin rəhbərli­yi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasın­da 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub.

Onun sözlərinə görə, strategiya çərçivəsində iq­tisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın önəmli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaş­dırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorun­da 5 % səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması tə­min olunacaqdır.

Mikayıl Cabbarov bildirib ki, bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: “Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib. 

2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sek­torunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir”.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqe­yini qoruyub saxlayacaq. Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir: “Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin ya­radır.

İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatları­na da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilat­çısı olmağa imkan yaradır.

Möhtərəm Prezident İlham Əliye­vin rəhbərliyi ilə həyata keçirilən ye­ni iqtisadi inkişaf strategiyasının real­laşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiy­yət təməlləri üzərində formalaşacaq”.

KİMAytən Bayramova
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərTahir Mirkişili: Azərbaycan Qarabağda üç böyük faciə ilə üz-üzə qalıb
Sonrakı xəbərTokayev Təhlükəsizlik Şurasının yeni sədri kimi sərt davranacağını bildirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın