Məryəm Üzərli (Meryem Üzerli) Moskvada sevilən qonaqdır, çünki onun çəkildiyi serial Rusiyada milyonlarla fanat toplaya bilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Möhtəşəm Yüzil” serialından sonra bütün dünyada məşhurlaşan Məryəm Üzərli rusiyalı tamaşaçılar tərəfindən də sevilməyə başladı.

Aktrisa indi Moskvada xoş qonaqdır və bunun üçün daha bir səbəb var: Volxonkadakı malikanədə tanınmış kosmetik brendin özəl təqdimatı olub. Keçən ildən brendin gözəllik səfiri olan Məryəm Üzərli tədbirin xüsusi qonağı oldu. Aktrisa tanınmış brendin “Dream Therapy” adlı yeni məhsulları – innovativ dəriyə qulluq vasitələrini təqdim edib. Həm də o, yeni ətirlərin siması olub.

Paytaxtda baş tutan ətirin təqdimatı üçün Türk seriallarının ulduzu gizli şəkildə Moskvaya uçdu, ona görə də səfər bütün rusiyalı pərəstişkarları üçün sürpriz oldu. Yalnız bir gün öncə isə Məryəm Instagram səhifəsində məkan olaraq Moskvanı göstərdiyi və çölə çıxmazdan öncə necə makiyaj edildiyini göstərilən bir hekayə yerləşdirmişdi.

Bütün qonaqları səmimiyyətlə qarşılayan akrisa milyonlarla pərəstişkarının yaşadığı ölkəyə qayıtdığına görə çox xoşbəxt olduğunu və səmimi qəbula görə minnətdar olduğunu etiraf etdi. Sonra tədbir mehriban ünsiyyət şəraitində davam edib. Şərq ölkəsinin havasını tam şəkildə canlandırmaq üçün qonaqlara türk qəhvəsi və ekzotik şirniyyatlar təqdim olundu.

Məryəm hər kəslə gözəl ünsiyyət qururdu. O, sönməyən gözəlliyinin sirlərini bölüşür, qızlarının tərbiyəsindən, yeni yaradıcılıq planlarından və arzuladığı rollardan danışırdı.

Yada salaq ki, ötən ilin noyabrında Üzərli Faberlic-in yeni ətirinin fotosessiyasında çəkilmək üçün artıq Moskvaya uçmuşdu. Məryəmin ortağı Kabardin-Balkardan olan aktyor və model Alim Hokonov idi. Bundan öncə də Üzərli ötən ilin aprelində Rusiya paytaxtına səfər edib. O zaman aktrisa Moskva Beynəlxalq Film Festivalının fəxri qonağı olmuşdu. Filmin nümayişində onun iştirakı ilə çəkilmiş şəkil təqdim olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın