Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs olunmuş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayət hadisəsinin qarşısı alınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsində deyib.

Hesabat dövründə məhkum və həbs edilmiş şəxslər, görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşların üzərindən toplamda 193 min 371 qram narkotik və psixotrop maddələr, 47 mobil telefon aşkarlanaraq götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Öncəki xəbərMorgan Stanley: Neftin qiyməti 100 dollaradək artacaq
Sonrakı xəbərKuleba: Kremlin Ukrayna planı uğur qazansa, onun iştahı daha da artacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın