“Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlib”.

YALAN.info bildirir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimində çıxışı zamanı deyib. Nazir vurğulayıb ki, bu yaradıcı düşərgəni dünyanın bütün ölkələrində gerçəkləşdirmək istəyirik:

“Bu il sözügedən layihə Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirildi. Ağdam, Şuşa və başqa bölgələrdə mədəni abidələrimiz dağıdılsa da, biz Qarabağı yenidən quracağıq. Çalışırıq ki, bölgədə sülhün yaradıcısı olaq. Əziz rəssamlar, işğaldan azad edilən rayonlardan, eləcə də Qarabağdan ilhamlanıb rəsmlər ərsəyə gətirməklə bizim mədəniyyət elçilərimizə çeviriləcəksiniz”.

A.Kərimov vurğulayıb ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunun şahidi oldu: “Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin böyük bir mərkəzinə çevirəcək”.

KİMAysel Aslanqızı
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərŞahruddin Məhəmmədəliyev: Bu futboldur və bu, bizim işimizin bir parçasıdır
Sonrakı xəbərPremyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın