Aleksandr Lukaşenko Belarus hərbçilərinin Ukraynadakı əməliyyatlarda iştirak etmədiyini bildirib və izah edib ki, onların orada heç bir işi yoxdur və ora çağırılmayıblar.

“Ukraynaya gəlincə, siz durumu diqqətlə izləyirsiniz. Mən bir daha vurğulamaq istəyirəm (siz bunu başqa insanlardan yaxşı bilirsiniz): biz Rusiyanın Ukraynada keçirdiyi bu əməliyyata qarışmaq fikrində deyilik”, – deyə o bildirib.

“Düşünün, biz orada Rusiyaya nə əlavə edə bilərik? Şəxsi heyətə gəlincə, onların öz hərbçiləri yetərincədir. Biz Rusiyaya silah baxımından nəsə artıra bilərikmi? Yox, biz bunların hamısını Rusiya Federasiyasından alırıq. Onlarda hər şey var, hətta daha yaxşıdır. Ona görə də bizim orada görüləsi işimiz yoxdur. Bizi oraya çağıran yoxdur”, – deyə Belarus prezidenti vurğulayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin Minsk və Moskvaya qarşı bütün sanksiyalarının qeyri-legitim olduğunu bildirib və bunu sadəcə olaraq “iyrənc” adlandırıb.

“Biz həmişə sanksiyalar altında olmuşuq və bu gün onlar daha iddialıdırlar, ancaq biz Qərbin bu iyrəncliyinə öyrəşmişik. Niyə iyrəncdir, çünki bütün bunlar qeyri-legitimdir, bunlar bütün beynəlxalq müqavilələrə zidd olaraq qanunsuzdur”, – Lukaşenko cümə günü, martın 11-də Rusiya prezidenti Vladimir Putinlə görüşündə demişdi.

Lukaşenkonun sözlərinə görə, Qərbin sanksiyaları Rusiya və Belarus üçün “fürsət vaxtıdır”. “Bu gün bizim sanksiyalardan sağ çıxıb-çıxmayacağımız sualı yoxdur. Bu gün sanksiyalar bizim üçün fürsətdir”, – o deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın