Argentina millisinin futbolçusu Lionel Messi İspaniya “Barselona“sı ilə yollarını ayırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.

Bildirilib ki, bir az öncə tərəflər arasında yeni müqavilə ilə bağlı anlaşma əldə olunsa da, maliyyə şərtləri və başqa məsələlərə görə əməkdaşlığa xitam verilib.

“Barselona” 34 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyunda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Öncəki xəbərBakı şəhərinin yeni rayonu: Mərkəzi rayon yaradılacaq..
Sonrakı xəbərAAYDA: Şuşaya II avtomobil yolunun tikintisi gələn il başa çatdırılacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın