Müxtəlif ixtisas sahibləri tərəfindən peşəkar çalışmaları məqsədilə istifadə edilən “LinkedIn” sosial şəbəkəsi Çində fəaliyyyətini dayandıracaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı şəbəkənin sahibi olan “Microsoft” şirkəti yazılı açıqlama yayıb.

Açıqlamada müvafiq qərarın səbəbi kimi ölkədə işgüzar şəraitin çətinləşməsi və şərtlərin sərtləşdirilməsi göstərilib.

Həmçinin, özəl olaraq Çin üçün hazırlanmış “InJobs” şəbəkəsinin “LinkedIn”i əvəzləyəcəyi, dəyişikliyin ilin sonunda gerçəkləşəcəyi bildirilib.

Qeyd edək ki, 2010-cu ildən etibarən “Google” şirkəti də Çində öz axtarış servisinin fəaliyyətini dayandırıb.

Öncəki xəbərErməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub
Sonrakı xəbərXİN: Ermənistan təxribatla durumu gərginləşdirməyə çalışır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın