Əfsanəvi rəssam Leonardo DaVinçinin rəsmi “Mona Liza” əsərinin altında daha bir portret tapılıb.
ANS PRESS-in məlumatına görə, bu haqda fransalı alim Paskal Kot bildirib. Alim, əfsanəvi italiyalı rəssamın əl işinin öyrənilməsi üçün 10 il vaxt sərf edib.

Lakin əsərin saxlanıldığı Luvrda Kotun kəşfini şərh etməkdən imtina ediblər.

Kot öz araşdırmalarında “sahələrin gücləndirilməsi” texnoloqiyasından istifadə edib.

“Mona Liza” dünyada ən məşhur və mükəmməl rəsm əsərlərindən biri sayılır. Leonardo DaVinçinin çəkdiyi bu rəsm əsərində təsvir edilmiş “sirli təbəssüm” bu gün də mütəxəssisləri və sənətsevərləri valeh edir. Rəssam əsər üzərində işə 1503-ci ildə başlayıb və onu bir neçə ildən sonra tamamlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın