Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunmaq kimi göründüyü üçün təəssüfləndiyini bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya XİN rəhbəri RT telekanalına müsahibəsi zamanı danışıb.

“Son günlərdə mənim amerikalı və fransalı həmkarlarımla əlaqələrimdə, eynilə Dağlıq Qarabağ mövzusunda prezident Makronun prezident Putinlə əlaqələrində olduğu kimi açıq şəkildə qürurlarına toxunulduğu duyulur. Bu kədərlidir”, – deyə S.Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, artıq son günlərdə iki dəfə fransalı həmkarı Jan-İv Lö Drianla danışıb.

“İnsanların öldürülməməsi, evlərini tərk etməməsi, qaçqın və köçkünlərin sayının on minlərlə olmaması üçün rahatsızlığımızı izah etməyə çalışdım. Söhbətin dəqiqələrdən getdiyi bir vaxtda (hər dəqiqənin insan həyatı baxımından dəyəri var idi) Vaşinqtona, Parisə zəng etmək, bu, ya da başqa üsulu dəstəkləyəcəklərini öyrənmək… Bu cür iradları irəli sürmək sadə insan əxlaqı nöqteyi-nəzərindən düzgün və etik deyil”, – deyə S.Lavrov bildirib.

Sergey Lavrov: Dağlıq Qarabağda atəşkəs məsələsi ABŞ və Fransanın mövqeləri nəzərə alınmaqla həll olunub

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib: “Mən düçünürəm ki, bu məsələ ABŞ-dan xəbərsiz həll olunmayıb. Çünki üç həmsədr ölkə olan Rusiya, ABŞ, Fransanın hələ 9 noyabr anlaşmasından öncə bir ay boyunca prezidentlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr səviyyəsində dəfələrlə səsləndirilmiş mövqeyi, yəni qan tökülməsini dərhal dayandıraraq atəşkəsə nəzarət mexanizmini yaratmaq istiqamətindəki mövqeləri siyasi cəhətdən, psixoloji cəhətdən öz təsirini göstərirdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın