Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Rusiya sərhədləri yaxınlığında hərbi isteriya yaratmaqda ittiham edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiya XİN-in başçısı bunu “Gələcək naminə dialoq” elmi-təhsil proqramında çıxışı zamanı bildirib.

“Birləşmiş Ştatların öz hərbi bazaları ilə bizi hər tərəfdən mühasirəyə alması, yəqin ki, artıq hər bir məktəblinin bildiyi faktdır”, – deyə Rusiya XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, bu, ABŞ-ın daim Rusiya Federasiyasını öz ərazisində hərbi təlimlər keçirməkdə ittiham etməsinə mane olmur.

Lavrov həmçinin əlavə edib ki, ABŞ əvvəllər konstruktiv və birləşdirici əhvalın üstünlük təşkil etdiyi Asiya-Sakit okean regionunda qarşıdurma sxemləri tətbiq edir.

Nazirin sözlərinə görə, NATO ölkələrinin, o cümlədən ABŞ və Böyük Britaniyanın önəmli birlikləri və hərbi texnikası Rusiya sərhədlərinə daha yaxın yerləşdirilir. İndi Donbassdakı təmas xəttində daha çox qüvvə və vasitə toplanır. Onun fikrincə, bu hərəkətlər getdikcə artan Qərb təlimatçılarının dəstəyi ilə həyata keçirilir.

Lavrov həmçinin bildirib ki, Rusiya təhlükəsizliyin bölünməzliyi prinsipini hüquqi cəhətdən möhkəmləndirmək təklifi ilə dəfələrlə Qərb tərəfdaşlarına müraciət edib, ancaq Qərb qəti şəkildə bundan imtina edib.

KİMDarya Nikitskaya
MƏNBƏMK
Öncəki xəbərAzərbaycanda üç qurum “Omikron” ştamı ilə bağlı əhaliyə çağırış etdi
Sonrakı xəbərCənubi Afrikada fil safari həvəskarlarına qorxulu anlar yaşatdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın