UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilməyən “Vilyareal” – “Qarabağ” oyunu ilə bağlı qərarını verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Avropa futbol qurumunun rəsmi saytında Azərbaycan çempionuna texniki məğlubiyyətin (0:3) verildiyi göstərilib.

Oyunun baş tutmamasına səbəb Qarabağlıların koronavirusa kütləvi yoluxması və zədəlilərin çoxluğu ilə lazımi sayda sağlam oyunçunun qalmaması idi.

Bu nəticə komandaların yer aldıqları qrupda mövqelərinə təsir etməyib. Qrup birincisi olan İspaniya klubu xallarının sayını 16-ya çatdırıb, “Qarabağ” isə bir xalla sonuncu yerdə qərarlaşıb.

Öncəki xəbərŞəhriyar Məmmədyarov koronavirusa yoluxduğu üçün Tata Steel Şahmat Turnirinə qoşulmadı
Sonrakı xəbərAvropa Birliyi Azərbaycanla yeni əməkdaşlıq müqaviləsi bağlamaq istəyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın