Ukraynanın xarici işlər naziri Dmitro Kuleba rusiyalı həmkarı Sergey Lavrovla keçirilməsi planlaşdırılan görüşdən gözləntilərini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukrayna XİN-in başçısı bununla bağlı video-müraciətində danışıb.

“Danışıqlardan gözləntilərim məhduddur. Tələblərimiz atəşkəsin təmin olunması və torpaqlarımızın azad edilməsidir. Münaqişənin qeyd-şərtsiz həllini istəyirik”, – deyə o qeyd edib.

D.Kuleba bildirib ki, danışıqların nəticəsi həm də Lavrovun Türkiyəyə nə məqsədlə gələcəyindən asılıdır: “Ümid edirəm, o, bu müzakirəyə təbliğat baxımından yox, vicdanla yanaşacaq”.

Ərdoğan Rusiya və Ukrayna XİN başçılarının görüşündən gözləntilərini açıqlayıb

“Sabah Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə ümid edirəm”, – Report informasiya agentliyinin xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, son günlər Azərbaycan Prezidenti İlham Əliyev, BMT Baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimi Zelenski və Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə telefon danışığı aparıb:

“Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda, müdafiə və xarici işlər nazirlərimiz də həmkarları ilə dəfələrlə danışıblar. Ölkəmizin bu məsələdəki neytrallığının nə qədər məqsədyönlü olduğu hər ötən gün daha çox ortaya çıxır”.

Yada salaq ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova üçtərəfli görüş üçün təşəbbüskar tərəfin Türkiyə olduğunu bildirib. “Biz danışıqlara hazırıq, ancaq görüşü dəyərləndirmək üçün tələsməyə dəyməz”, – M.Zaxarova əlavə edib.

Bildirək ki, sabah, martın 10-da Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının üçtərəfli görüşü keçiriləcək.

“İki tərəfi bir araya gətirmək üçün gərgin iş qrafiki həyata keçirdik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışarkən bu məsələni dilə gətirdi. Sergey Lavrov görüşə hazır olduğunu bildirdi. Ukrayna xarici işlər naziri Dmitri Kuleba da görüşdə iştirak edəcəyini bizə bildirdi. Hər iki nazir mənim də görüşdə iştirak etməyimi istədilər. Bu görüşü üçlükdə keçirəcəyik. Görüşü 10 mart günü Antalyada keçirəcəyik, inşallah. Bu görüşün dönüş nöqtəsi olacağına ümid edirik”, – deyə Çavuşoğlu vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın