Dünyada koronavirus (COVID-19) infeksiyasının əsas daşıyıcıları uşaqlardır.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı ABŞ-ın Massaçusetts Ümumi Xəstəxanası və Massaçusetts Uşaq Xəstəxanasının mütəxəssislərinin “Journal of Pediatrics” toplusunda yayımlanan məqaləsində bildirilir.

Araşdırmada 0-22 yaş arası 192 uşaq və gənc iştirak edib.

Məlum olub ki, yoluxan uşaqların tənəffüs yollarında olan virusun səviyyəsi COVID-19-un müalicəsi üçün reanimasiya bölmələrinə yerləşdirilən böyüklərdən daha yüksəkdir. Virusun sağlam insana ötürülməsində əsas amil isə məhz viral yükün yüksək olmasıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın