Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya Ordusunun atəşinə məruz qalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Telegram kanalında bildirib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Facebook səhifəsində bildirilir ki, Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.

Bildirilib ki, teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb. Yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.

Öncəki xəbərXocavənddəki kütləvi məzarlıqda 15-20 azərbaycanlının basdırıldığı bilindi
Sonrakı xəbərBaş Prokurorluq Xocavənddə aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın